İdman

Bu gün “El Klassiko” var – AFİŞA

Sharing is caring!


Bu gün İspaniya Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, ikinci finalçının adına “El Klassiko”da aydınlıq gələcək. “Barselona” və “Real Madrid” “Kamp Nou”da münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Madriddə keçirilmiş ilk görüşdə kataloniyalılar minimal hesablı (1:0) qələbə qazanıblar.

İspaniya Kubokunda ilk finalçı Bilbao “Atletik”ini mübarizədən kənarlaşdıran “Osasuna” olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir