Dünya manset

“Hər an cavab verə bilərik” – Səudiyyə İranı hədələdi

Sharing is caring!

“Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda İran silahlarından istifadə olunub. Bu hücumlara cavab verilməsi hələ də gündəmdədir”.

XəbərAl.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib.

Adil el-Cübeyr rəsmi Ər-Riyadın müharibə istəmədiyini, amma hazırkı durumun da qəbuledilməz olduğunu bildirib:

“İran bölgədəki davranışlarını ölçüb-biçməlidir. “Aramco” neft müəssisəsinə hücumda istifadə olunan silahlar İrana aid idi və biz buna cavab verməyə hazırıq”.

Əlavə edək ki, sentyabrın 14-də Yəməndən Pilotsuz Uçan Aparatlarla (PUA) Səudiyyə Ərəbistanının neft müəssisələri (“Armaco”) vurulub.

ABŞ və Səudiyyə Ərəbistanı baş verən olaya görə İranı ittiham edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir