89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə seçilmiş deputat Məzahir Əfəndiyev şəhid ailələrinə söz verib əməl etmiyib.
Xəbəral.az xəbər verir ki, bu barədə şəhid Vilayət Rüstəmovun oğlu Eldəniz Rüstəmov öz sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki,deputat Məzahir Əfəndiyev şəhid palkovnik Vidadi Xəlilovun ailəsini ziyarət edən zaman şəhid ailələri üçün qərargahın tikilməsinə 500 manat yardım edəcəyi barədə söz verib.
Amma sonradan Məzahir Əfəndiyev həmin vəsaiti şəhid ailələrinə vermiyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.