İdman

Beş qol vuran Holand Messinin rekordunu təkrarladı

Sharing is caring!


“Mançester Siti”nin futbolçusu Erlinq Holand Çempionlar Liqasında (ÇL) rekorda şərik olub.

Norveçli hücumçu buna Almaniya “Leypziq”inə qarşı 1/8 final mərhələsinin cavab oyununda (7:0) 5 qol vurmaqla nail olub. 23 yaşlı forvard turnirdə penta-trik edən 3-cü futbolçu kimi tarixə düşüb.

Daha əvvəl yalnız Lionel Messi və Luis Adriano bir ÇL matçında 5 qol vura bilib. Messi 2012-ci ildə “Barselona”nın heyətində Almaniyanın “Bayer” (Leverkuzen) klubuna qarşı görüşdə, Adriano isə 2014-cü ildə Ukrayna “Şaxtyor”unda Belarus BATE-si ilə oyunda penta-trik ediblər.

Mənbə: “Opta”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir