Cəmiyyət

Marketdən içində 150 min manat olan seyfi oğurlayıb basdıran şəxs tutuldu

Sharing is caring!

Gəncədə marketlərin birində quldurluq edən şəxs tutulub.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Rəsmi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Nicat Abdullayev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, N.Abdullayev mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib, onun əl və ayaqlarını yapışqan lentlə bağlayaraq mağazadan içində 157 151 manat, 6 040 dollar və 18 100 rubl olan seyfi aparıb. Polis əməkdaşları tərəfindən seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir