Şou-Biznes

60 yaşlı aktrisa açıq paltarda görüntülənib

Sharing is caring!

Amerikalı aktrisa Demi Mur açıq-saçıq gecə libası geyinib.

Lent.az xəbər verir ki, o, şəkilləri sosial şəbəkədə paylaşıb.

60 yaşlı Demi Mur dərin dekolteli və kürəyi açıq mavi paltarda fotosunu yayımlayıb.

Şəkili lələklərdən ibarət bir yubka tamamlayırdı.

Xatırladaq ki, Brüs Uillis 1987-2000-ci illərdə Demi Mur ilə evli olub. 

Keçmiş cütlüyün üç qızı var: 34 yaşlı Rumer, 31 yaşlı Skaut və 29 yaşlı Tallulah. 

2009-cu ildə aktyor özündən 23 yaş kiçik Emma Heminqlə ailə həyatı qurub. Onların qızı Meybel 2012-ci ildə, Evelin isə 2014-cü ildə anadan olub. 

Boşanmalarına baxmayaraq, Uillis və Mur dostluq münasibətlərini qoruyub saxladılar.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir