Cəmiyyət

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım göndərib – FOTO

Sharing is caring!


Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə havaların soyuması ilə əlaqədar dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat yayıb.

Bildirilib ki, içərisində 6 200 yorğan və adyal, 175 kondisioner, 1 500 ədəd isidici, eyni zamanda, yemək bişirmək üçün 1 000 soba olan iki TIR Kahramanmaraş rayon Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Regional Mərkəzinə yola salınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir