Cəmiyyət

“YAŞAT” Fondu 2 il ərzindəki müraciətlərin sayını açıqladı – VİDEO

Sharing is caring!

“Bu günə qədər vəziyyəti ağır olan 400-ə yaxın qazimizin yaşadığı ünvanda olmuşaq”

Bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 2 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, “YAŞAT” Fondu 14 744 şəxsin müraciətlərini öhdəliyinə götürüb. Bu, həm qazilərə, həm də şəhid ailələlərinə aiddir.

“Həftə ərzində 40 vətəndaşın qəbulu həyata keçirilir. Bəzən bu rəqəm 60-dan çox olur. Biz heç vaxt fondun qapılarını kiminsə üzünə bağlamamışıq”, – deyə E.Hüseynov əlavə edib.

Həmçinin qeyd edilib ki, ən çox vətəndaş müraciəti 57,3 faizlə tibb sahəsi üzrədir.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir