Cəmiyyət

Azad edilmiş rayonların elektron su xəritəsi hazırlanıb

Sharing is caring!

“Azad edilmiş rayonların Baş Planlarının hazırlanması məqsədilə uçuş aparatları vasitəsilə 240 kvadrat kilometr ərazidə çəkilişlər aparılıb, müxtəlif miqyaslı topoqrafik xəritələr və “Elektron su xəritəsi” hazırlanıb”.

Oxu.Az-ın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”na həsr olunmuş konfransda “Böyük Qayıdışın ekoloji aspektləri” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Qarabağın təbii ehtiyatlar atlası” tərtib olunub, digər zəruri topoqrafik işlər görülüb.

Nazir qeyd edib ki, iqtisadiyyatın dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala olan tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işləri, yataqların istismara cəlb olunması aktual məsələlərdəndir:

“Odur ki, tikinti-quruculuq işləri nəzərdə tutulan hər bir rayon üzrə infrastruktur layihələrinin icrasını sürətləndirmək və yer təki istismara verilməsi üçün normativ hüquqi aktlarda dəyişikliklər edilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir