Cəmiyyət

Kəlbəcərdə yük maşını aşıb, xəsarət alan var – FOTO

Sharing is caring!

Kəlbəcər rayonunda yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yanşaq kəndi ərazisində “Volvo” markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir