Cəmiyyət

Bakıda piyada DYP əməkdaşının gözü önündə qaydaları pozdu – VİDEO

Sharing is caring!


Bakıda piyada Dövlət Yol Polisi (DYP) əməkdaşını heç sayaraq kobud qayda pozuntusuna yol verib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Hadisə sürət həddi 90 km/saat olan Zuğulba şosesində nəqliyyat vasitələrindən birinin videoqeydiyyatçısı tərəfindən lentə alınıb.

Sözügedən yolda nəqliyyatın intensiv hərəkətini nəzərə almayan piyada qəza şəraiti yaradıb. Belə ki, şəxs yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib.

Daha da maraqlısı – qadının bu hərəkəti həmin an yolun sağ hissəsində DYP əməkdaşının xidmət apardığını görməsinə rəğmən, etməsidir.

Həmin videonu təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir