Dünya

“Rəfah” keçidindən bir gündə Qəzzaya rekord sayda yardım maşını daxil olub

Sharing is caring!


Bazar günü humanitar yardım daşıyan ən azı 143 yük maşını “Rəfah” keçidi vasitəsilə Qəzza zolağına daxil olub.

İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Koordinasiya Ofisinin verdiyi məlumata görə, bu, Yaxın Şərq münaqişəsinin kəskinləşməsindən sonra anklavlara yardımın çatdırılmasına başlanandan bəri ən yüksək gündəlik rəqəmdir.

Qeyd edək ki, anklava çatdırılan yük avtomobillərindən 72-də ərzaq məhsulları (1,62 min ton), 11-də tibbi avadanlıq (137 ton), 22-də su (444 ton), 15-də müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün zəruri olan əşyalar (220 ton), 23-də qarışıq yük (351 ton) olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir