Siyasət

Aleksandr Şpakovski: “Paşinyan dövlət başçısı kimi heç bir ultimatum irəli sürəcək vəziyyətdə deyil”

Sharing is caring!

“Hesab edirəm ki, Nikol Vovayeviç şəxsən həm siyasətçi, həm də dövlət başçısı kimi heç bir ultimatum irəli sürəcək vəziyyətdə deyil”.

Bu sözləri Belarus Konstitusiya Komissiyasının üzvü (2021-2022-ci illər), Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət Katibliyi yanında elmi ekspert qrupunun üzvü, “Aktual Konsepsiya” mərkəzinin direktoru Aleksandr Şpakovski KTMT-dəki vəziyyət və Ermənistan-Azərbaycan arasındakı nizamlama barədə Oxu.Az-a şərhində deyib.

O, Avropa missiyasının Ermənistana Paşinyanın dəvəti ilə gəlməsi barədə Ermənistan baş nazirinin açıqlamasına münasibət bildirib:

“Ermənistanın nə hərbi, nə də iqtisadi vəziyyəti onun özünü bu cür aparmasına imkan vermir. Biz Ermənistanın düşməni deyilik, müttəfiqiyik və kiməsə əksi görünsə də, Ermənistan rəhbərliyini erməni xalqının maraqları naminə yeganə düzgün qərara gəlməyə sövq etməyə çalışırıq. Bir daha təkrar edirəm – imzalanmış Üçtərəfli Bəyanatları yerinə yetirmək, sülh yolu ilə nizamlanma xəritəsi ilə hərəkət etmək, münaqişəni həll etmək lazımdır ki, bu da Ermənistana gec-tez qonşuları – Azərbaycan və Türkiyə ilə adekvat münasibətlər qurmağa, sülh yolu ilə inkişaf etməyə imkan verəcək. Ermənistan başqasına məxsus olana əl atdı, amma bu ona xeyir gətirmədi. Sülh lazımdır. Biz müttəfiqlər kimi İrəvana müvafiq məsləhətlər veririk. Üçtərəfli Bəyanatların həyata keçirilməsinin alternativi var – bu, müharibədir. Orada müəyyən revanşist əhvali-ruhiyyə olsa da, Ermənistan cəmiyyətinin bunu dəstəkləyəcəyini hesab etmirəm”.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir