Dünya

Rusiyada üzərində insanların olduğu körpünü su apardı – VİDEO

Sharing is caring!




Kuzbassda Tom çayı üzərindəki körpünü su aparıb. 

Həmin anda onun üzərində insanlar olub. Hərçənd ki, körpüyə ondan istifadəni qadağan edən işarələr vurulub. Lakin Kemerovo sakinləri buna məhəl qoymayıblar.

İnsidentə donmuş çayların buzunun açılması səbəb olub. Çayda suyun səviyyəsinin qalxması səbəbindən körpüdə hərəkət fövqəladə hadisədən bir neçə gün əvvəl dayandırılıb. Sakinlərin heç də hamısı qadağaya əməl etməyib və təhlükəli keçiddən istifadə etməyə davam ediblər.

Xoşbəxtlikdən xəsarət alan olmayıb və insanlar sahilə çıxarılaraq tibbi yardım göstərilib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir