İdman

“Neqreyra işi”: “Barselona”nın sabiq baş məşqçiləri dindiriləcəklər

Sharing is caring!


İspaniya Prokurorluğu “Barselona”nın keçmiş baş məşqçiləri – Luis Enrike və Ernesto Valverdeni dindirəcək.

İspaniyalı mütəxəssislər “Neqreyra işi”ndə şahid qismində ifadə verəcəklər.

“Barselona” İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya rüşvət verməkdə ittiham edilir. Prosesdə daha çox klubun keçmiş prezidenti Xosep Mariya Bartomeunun adı hallanır. Məsələ ilə bağlı istintaq aparılır.

Mənbə: “El Pais”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir