İdman

Bakı beynəlxalq turnirə ev sahibliyi edəcək

Sharing is caring!


Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə mayda Bakıda beynəlxalq turnir keçiriləcək.

Federasiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir may ayının 1-də start götürəcək. Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək. Yarışın qalibi mayın 6-da müəyyənləşəcək.

Qeyd edək ki, oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir