İdman

Vaqif Cavadov: “Qarabağ” hazır olmalıdır, cavab matçında hər şey baş verə bilər”

Sharing is caring!


“İki top fərqi ilə üstünlüyümüz var. Amma hər şey baş verə bilər və komanda hazırlıqlı olmalıdır. Bunu da bilirlər”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Vaqif Cavadov “köhlən atlar”ın bu gün Bakıda Sloveniya “Olimpiya”sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı ilə bağlı danışarkən deyib.

Hazırda “Sumqayıt”ın əvəzedici komandasında baş məşqçi olan 34 yaşlı sabiq hücumçu Azərbaycan təmsilçisinin Lyublyanada gerçəkləşən görüşdə yaxşı oyun sərgilədiyini bildirib:

“Bakıdakı qarşılaşmanın da eyni ssenari, “Qarabağ”ın üstünlüyü ilə keçəcəyinə, həmçinin, istənilən nəticənin əldə olunacağına inanıram. Ümid edirəm ki, ölkə çempionu bu gün ən yaxşı oyununu göstərəcək. Bundan sonra qrup mərhələsini fikirləşmək olar”.

Cavadov Avropadakı bütün kollektivlərə ciddi yanaşmağın lazım olduğunu diqqətə çatdırıb:

“Belə turnirlərdə hər kəs qalib gəlmək istəyir. Sadəcə, “Qarabağ” rəqibi düzgün təhlil etdiyi üçün Bakıya qələbə ilə döndü. İnanıram ki, həmin oyundakı performans, istək cavab görüşündə də olacaq və komanda azarkeşlərini sevindirəcək”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Səfərdə baş tutan ilk matçda Azərbaycan təmsilçisi 0:2 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir