İdman

“Qarabağ”ın stadionunda oturacaqlar niyə təmizlənmir? – Klubdan azarkeşlərin tənqidlərinə cavab – FOTO

Sharing is caring!

“Qarabağ”ın ev oyunlarının keçirdiyi “Azersun Arena”nın “F1” sektorunda oturacaqların təmizlənməməsi azarkeşlərin narazılığına səbəb olub. Komandanın “Səbail”ə qarşı keçirdiyi Premyer Liqanın XXVI tur oyunu (3:0) zamanı çəkilən fotolar sosial şəbəkələrdə paylaşılıb və klub biletləri 10 manata satılan tribunanın vəziyyətinə görə tənqid olunub.

Məsələ ilə əlaqədar Ağdam təmsilçisinin mövqeyini öyrəndik. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Oxu.Az saytına açıqlamasında bildirib ki, oyunlar arasında az vaxt olduqda bəzən belə hallar yaşanır:

“Hər oyundan əvvəl çalışırıq ki, bütün oturacaqlar təmizlənsin. Bəzən matçlar arasında vaxt az olduqda çatdırmaq olmur. Azarkeşlərin etirazını, narahatlığını çox gözəl başa düşürük. Çalışacağıq ki, qarşıdakı oyunlarda bu hallar bir daha təkrarlanmasın”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir