İdman

Türkiyədə futbolçular arasında kütləvi dava: Polis gözyaşardıcı qazdan istifadə etdi – FOTO

Sharing is caring!

Türkiyə Həvəskar Liqasında keçirilən “Yeniçağaspor” – “Karabük İdman Yurdu” oyunundan sonra kütləvi dava olub.

2:2 hesabı ilə başa çatan qarşılaşmanın ardınca iki komandanın futbolçuları və klub rəsmiləri əlbəyaxa olublar. İnsidentə hüquq-mühafizə xidmətinin əməkdaşları müdaxilə ediblər. Ancaq aranı sakitləşdirmək mümkün olmayıb. Belə olanda polis gözyaşardıcı qazdan istifadə etməli olub.

Döyülən qonaq komandanın üzvləri matçdan sonra xəstəxanaya müraciət ediblər. Klub məsələ ilə bağlı hüquqi prosedurlara başlanacağını açıqlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir