Cəmiyyət

Ağsuda xarabalığa çevrilən məzarlığa niyə göz yumulur? – VİDEO

Sharing is caring!

Ağsu rayonunun Alı Orucov küçəsində yerləşən qədim qəbiristanlıq baxımsız vəziyyətdədir.

Xarabalığa çevrilən məzarlığa yaxın ərazidə yaşayan sakinlər qəbiristanlığın ətrafının zibilliyə və küçə itlərinin məskəninə çevrilməsindən narahatdırlar.

Sözügedən ərazidə olan və gördüklərini lentə alan tarixçi Fariz Xəlilli qeyd edib ki, məzarlığın tədqiqinə ehtiyac var.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Baku TV-yə bildirilib ki, sözügedən məzarlıq dövlət qeydiyyatında və ya yeni aşkar olunan abidələrin siyahısında yoxdur. Odur ki, məsələyə yerli icra orqanları aydınlıq gətirməlidir.

Ağsu Şəhər İcra Hakimiyyətindən isə yaxın vaxtlarda problemin həlli yönündə addımların atılacağı deyilib.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir