İdman

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal qazandı

Sharing is caring!

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayıblar.

Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov ilk iki qarşılaşmasında almaniyalı Moritz Plafk və türkmənistanlı Hakberdi Cumayevə qalib gəlib. 1/4 final mərhələsində yerli idmançı Dostan Ruziyevə uduzan 23 yaşlı idmançı təsəlliverici raundda Özbəkistanın digər idmançısı Zamoşari Bekmurodovdan güclü olub. O, bürünc medal uğrunda gürcüstanlı Lukum Çxvimianini məğlub edib.

Digər cüdoçularımız mübarizəni erkən dayandırıb. 60 kq çəkidə Rövşən Əliyev 1/8 finalda qazaxıstanlı Nurkanat Serikbayevə məğlub olub. 66 kq çəki dərəcəsində yarışan Kamran Süleymanov və Ruslan Paşayev yalnız bir mərhələ adlamaqla kifayətləniblər. Süleymanov ilk görüşdə estoniyalı Vilcar Liparda, Paşayev almaniyalı Lennart Slamberqerə qalib gəlib. Lakin onlar 1/8 final səddini aşa bilməyiblər. Kamran fransalı Valid Xyara, Ruslan isə braziliyalı Villian Limaya yenilib.

Martın 5-dək davam edəcək Böyük Dəbilqədə Azərbaycanın daha iki cüdoçusu çıxış edəcək. Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində yarışacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir