İdman

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununa maraq az olub

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunu izləyən azarkeşlərin sayı məlum olub.

Oxu.Az xəbər verir ki, ən yüksək göstərici Tovuzda qeydə alınıb. “Turan Tovuz”un “Zirə”yə 0:2 hesablı məğlubiyyətinə 4 min nəfər canlı şahidlik edib. Ən aşağı göstərici isə Bakıda qeydə alınıb. Bayılda keçirilmiş “Səbail” – “Qəbələ” (2:2) qarşılaşmasını cəmi 12 nəfər tribunadan izləyib.

“Şamaxı”nın evdə “Sabah”a 2:1 hesabı ilə qalib gəldiyi ev oyununda 1000 azarkeş qeydə alınıbsa, “Sumqayıt”ın öz meydanında “Kəpəz”ə eyni hesabla məğlubiyyətinə 800 fanat şahidlik edib.

Turun mərkəzi, həm də bağlanış matçı olan “Qarabağ” – “Neftçi” görüşü də elə böyük maraq çəkməyib. Əzəli rəqiblərin 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmanı 1 851 nəfər tribunadan izləyib.

Beləliklə, turun 5 oyununda ümumilikdə 7 771 azarkeş olub. Bu isə orta hesabla hər qarşılaşmada 1 554 nəfərin tribunada yer alması deməkdir.

Vaqif Verdiyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir