İdman

Yeni transferindən “Qarabağ”a pis xəbər: Derbini buraxacaq

Sharing is caring!

“Qarabağ”ın bu qış heyətinə qatdığı Yassin Benzia futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi”yə qarşı oynamayacaq. Yarımmüdafiəçi zədə səbəbindən sözügedən matçı buraxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Oxu.Az-a açıqlamasında bildirib ki, onun hansı müddətə sıradan çıxdığı hələlik bəlli deyil:

“Benzianın “Neftçi”yə qarşı oynamayacağı dəqiqdir. Onun əzələsində problem yaranıb. Hansı müddətə sıradan çıxdığı təkrar müayinədən sonra bəlli olacaq”.

Azərbaycan derbisini “Qarabağ”ın digər zədəliləri – Şahruddin Məhəmmədəliyev, Marko Yankoviç və Abbas Hüseynov da buraxacaq. “Ağ-qaralar”ın heyətində isə Rəhman Hacıyev oynamayacaq.

Bu gün “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək.

Vaqif Verdiyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir