İdman

Messi daha bir mükafat alacaq – İDDİA

Sharing is caring!

FIFA 2022-ci ilin ən yaxşı futbolçusu üçün nəzərdə tutulan “The Best” mükafatını PSJ-nin hücumçusu Lionel Messiyə verəcək.

Bu iddia ilə italyan insayder Fabritsio Romano çıxış edib. O, özünün “Twitter” hesabında ali futbol qurumunun mükafatı 35 yaşlı argentinalıya təqdim edəcəyini yazıb.

Messi keçən il ölkəsinin yığmasının heyətində dünya çempionu olub. O, həmçinin PSJ-də Fransa çempionluğunu və Super Kubokunu qazanıb. Messi 2019-cu ildə də FIFA-nın “The Best” mükafatına layiq görülüb.

2022-ci ilin ən yaxşılarının mükafatlandırma mərasimi bu gecə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir