Şou-Biznes

Nigar Camalın maşınına hücum edən şəxs SAXLANILDI

Sharing is caring!

Ötən gün müğənni Nigar Camalın hücum edən şəxs saxlanılıb.

 DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, maşından düşərək Nigarın avtomobilinin sol güzgüsünə zərbə endirən 99-RJ-449 nömrəli, KİA markalı avtomobilin sürücüsünün kimliyi müəyyən edilib.

Hazırda araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xatırladaq ki, Nigar Camalın sosial şəbəkə hesabında paylaşdığı görüntülərə əsasən, həmin sürücü tıxacda maşını ilə hərəkət edərkən, aqressiv hərəkətlər edib, avtomobilin güzgüsünə zərbə ilə vurub. Sonra onun yolunu kəsməyə çalışıb və müğənniyə hücum edib. Onun nə etdiklərini videoda izləyə bilərsiniz. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir