Cəmiyyət

Balakəndə fəhlə iş başında öldü

Sharing is caring!


Balakən rayonunda bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Teymur Quliyev qeyri-yaşayış sahəsində təmir işləri həyata keçirərkən yıxılıb.

O, baş nahiyəsindən xəsarət alıb və hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir