Cəmiyyət

Göygöl Milli Parkında mühafizə rejimini pozan şəxslər saxlanılıblar

Sharing is caring!


Göygöl Milli Parkının ərazisində mühafizə rejimini pozan şəxslər saxlanılıblar.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı mühafizə rejimini pozan şəxslərin Göygöl rayonu, Toğana kənd sakinləri – Məzahir Qurbanov, Orxan Bayramov, Cavidan Rzazadə, Səlmandər İmanov və Samux rayonu, Alıuşağı kənd sakini Bakir Alıyev olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir