Dünya

Misirdə köpəkbalığı qadına hücum etdi – VİDEO

Sharing is caring!


Misirin Dahab kurortunda dənizdə üzən qadını köpək balığı dişləyib.

Məlumata görə, zərərçəkən yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidləri baş verənlərin görüntülərini yayıblar.

Bildirilir ki, köpək balığının hücumundan sonra qadın huşsuz halda sahilə çıxarılıb. Zərərçəkmişə ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb. Həkimlər onun qolunu amputasiya etməli olublar.

Hadisədən sonra yerli çimərlikdə çimmək qadağan edilib.

Hazırda qadını dişləyən köpək balığı axtarılır.

Xatırladaq ki, iyunun 8-də Misir sahillərində daha bir analoji hadisə yaşanıb. Yırtıcının qurbanı rusiyalı turist olub.

Mənbə: RenTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir