İdman

Azərbaycan millisi Rumıniya ilə oyunun hazırlığını Bizauda davam etdirir

Sharing is caring!


Futzal üzrə dünya çempionatının elit mərhələsi çərçivəsində sentyabrın 15-də Rumıniya yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını oyunun keçiriləcəyi Buzau şəhərində davam etdirir.

“Report” xəbər verir ki, bu gün “Romeo Lamandi Arena”da 1 saat məşq keçən futzalçılarımız taktiki tapşırıqları yerinə yetirib, bir neçə standart vəziyyət üzərində işləyiblər.

Məşqdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov futzalçılarla görüşüb, komandanın problemləri ilə maraqlanıb, federasiya rəhbərliyinin tapşırıqlarını çatdırıb və qarşıdakı oyunda milliyə uğurlar arzulayıb.

Qeyd edək ki, Rumıniya-Azərbaycan oyunu sentyabrın 15-də, Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir