Cəmiyyət

Kardiologiya İnstitutundan ŞİKAYƏT – “Vətəndaşlara etinasız yanaşırlar”

Sharing is caring!


Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müayinə və müalicə xərclərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qarşıladığından həkimlər vətəndaşlara qarşı etinasız və diqqətsiz yanaşırlar. 

Məsələ ilə bağlı şikayət edən vətəndaş “xərcimizi dövlət qarşıladığı üçün həkimlər üzümüzə də baxmaq istəmirlər”, – deyə narazılıqlarını dilə gətirib. 

Bundan başqa, xəstə qan analizi vermək istəsələr də, onlar vaxtın bitməsini bəhanə gətirərək, pasiyenti geri qaytarıblar.

Eyni zamanda, xəstəxana otaqlarının qapısında gözləyən vətəndaşlara nəzarət olmadığına görə, onlar bir-birlərinin növbəsinə girib həkimlərin qəbuluna düşürlər. 

Məsələ ilə bağlı Elmi-Tədqiqat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nailə Mustafayeva Bizim.media-ya açıqlamasında daxil olan şikayətlə bağlı münasibətini bildirib:

“Şikayətin araşdırılması nəticəsində məlum olub ki, vətəndaş şənbə günü saat 12:00-da analiz vermək istəyib. Lakin həkim bildirib ki, cavablar dəqiq olmadığı üçün bu saatda hormon və bir sıra digər analizlərin verilməsi uyğunsuzdur. 

Vətəndaş digər bütün müayinələrdən rahat şəkildə keçib. Uzun müddət ərzində institutun fəaliyyətindən hər hansı bir şikayət daxil olmur ki, bu da burada çalışan peşəkar kollektivin uğurudur. Yeganə çətinlik böyük növbələrin olmasıdır və bu da instituta çoxsaylı vətəndaşların müraciət etməsi ilə bağlıdır. Hazırda qeyd olunan problemin aradan qaldırılması ilə bağlı işlər aparılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir