Kriminal

Gəncə sakinlərindən silah və narkotik aşkarlanıb – FOTO

Sharing is caring!

Gəncə sakinlərində silah və narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq hadisələri törədən Nicat Mehtiyev saxlanılıb. Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun qanunsuz olaraq əldə edib saxladığı bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 3 ədəd həmin tüfəngə məxsus 16 kalibrli patron və bir ədəd giliz aşkar olunaraq götürülüb.

Baş İdarənin 4-cü Polis Bölməsinin əməkdaşları da qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəxsi saxlayıblar. Əməliyyat-axtarış tədbirləri nəticəsində Elmir Vəliyevdən bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və bir ədəd patron aşkar edilərək götürülüb.

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən isə şəhər ərazisindəki avtomobilə qanunsuz daxil olub, oğruluq törətməkdə şübhəli bilinən Ruslan Qasımov və İlqar Əliyev saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil veriblər.

Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10-a yaxın şəxs saxlanılıb. Onlarda marixuana, heroin, tiryək və metamfetamin aşkarlanıb, həmin şəxslər istintaqa təhvil veriliblər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir