İdman

“Real” iki futbolçunun xidmətindən məhrum olub

Sharing is caring!

“Real” iki futbolçunun xidmətindən məhrum olub.

“Kral klubu”nun mətbuat xidmətinin yaydığı məlumata görə, müdafiəçi David Alaba və hücumçu Rodriqo Qoes qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəklər.

Hər iki futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la matçda (5:2) sıradan çıxıb. Avstriyalı müdafiəçi sözügedən matçın 27-ci, braziliyalı hücumçu isə 81-ci dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk edib.

Alabanın sağalması təxminən bir ay çəkəcək. Rodriqo isə 10 gün sonra yaşıl meydanlara qayıda bilər.

“Real” La Liqada fevralın 25-də Madrid derbisində “Atletiko” ilə üz-üzə gələcək, martın 3-də isə “Barselona”ya qarşı “El-Klassiko” oynayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir