Dünya

Marsın görüntüləri ilk dəfə canlı yayımlandı – VİDEO

Sharing is caring!


Bu gün Marsın görüntüləri ilk dəfə olaraq canlı yayımlanıb. Real vaxt rejimində fotoşəkillər “Mars Express” zondu tərəfindən çəkilib.

Marsın çəkilişlərinin canlı yayımını Avropa Kosmik Agentliyi həyata keçirib. Avropa zondu “Mars Express” 2003-cü ilin iyununda Baykonur Kosmodromundan buraxılıb və 3 dekabr 2003-cü ildə Marsa çatıb. Tədqiqatçılar cihazı bir neçə aydır hazırlayırlar. İndi o, Marsın səthindən 17,5 min km yüksəklikdədir.

Ümumi yayım vaxtı təxminən bir saat çəkib. Marsın fotoşəkilləri təxminən hər 50 saniyədən bir dəyişib. Planetin görüntüləri 17 dəqiqəlik gecikmə ilə Yerə çatıb.

Bu vaxt Marsdan Yerə qədər olan 287 milyon mildən çox məsafəni qət etmək üçün lazım olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir