Dünya

Rusiya-Ukrayna müharibəsinin tükürpərdici həqiqətləri – VİDEO

Sharing is caring!

Fevralın 24-ü səhər saatlarından eşidilən partlayış səsləri Ukraynada böyük təşvişə səbəb olmuşdu. İkinci Dünya müharibəsindən sonra bu halla rastlaşmayan Şərqi Avropanın turistik şəhərləri bir anın içində irimiqyaslı müharibə meydanına çevrildi. Şəhərlərə Rusiya diversiya qruplarının hücumları səngimirdi. 

Rusiya hərbçiləri Kiyev şəhərinin mərkəzindən cəmi 28 kilometrliyində yerləşən İrpen şəhərinə də daxil olmuşdular və onların qarşısı da məhz orada alındı. 

Baku TV-nin Ukraynadakı əməkdaşı həmin vaxt Rusiya hərbçilərinin şəhərə daxil olmalarının və küçə döyüşlərinin bir qisminin özəl görüntülərini əldə edib. 

Ukrayna uğrunda döyüşənlər arasında soydaşlarımız da az deyil. Onlardan biri 30 ildir İrpendə yaşayan Firdovski Xankişiyevdir.  

Həmyerlimizin sözlərinə görə, Rusiya Ordusu İrpendəki döyüşlərdə öz yaralılarını, meyitlərini, silahlarını da atıb qaçırdılar.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir