İdman

PSJ ən yaxın izləyicisinə uduzdu – VİDEO

Sharing is caring!

Fransa çempionatının XXIII turunda keçirilən oyunda “Monako” öz meydanında PSJ-ni məğlub edib – 3:1.

Matç Monte-Karlodakı “Lui II” stadionunda baş tutub.

Parislilər sonuncu dəfə 2021-ci ilin dekabrında “Monako”nu yenə bilib. “Park de Prens”dəki oyunda Kilian Mbappe dubl etmişdi.

Həmin matçdan sonra “PSJ” ardıcıl üç dəfə “Monako”ya qalib gələ bilməyib. Keçən il martın 20-də monakolular rəqiblərini 3:0 hesabı ilə məğlub ediblər, 2022-ci il avqustun 28-də baş tutan görüşdə isə heç-heçə qeydə alınıb – 1:1.

XXIII turdakı məğlubiyyətə baxmayaraq, parislilər turnir cədvəlində liderliyini davam etdirirlər. Komandanın aktivində 54 xal var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir