İdman

Alveş həbsxanada imtiyazlar əldə edib

Sharing is caring!

Zorlamada ittiham olunan Dani Alveş həbsxanada imtiyazlı şəraitdə yaşayır.

Futbolçunun saxlanıldığı “Brians 2” həbsxanasına gələnlərdən biri onunla digər məhbuslarla eyni rəftar edildiyi barədə məlumatı təkzib edib.

“Səfər zamanı eşitdiklərimə əsasən, Dani Alveşi dörd əməkdaş qoruyur və xidmət göstərir. O, ayrı saxlanılır. Onun digər məhbuslarla ünsiyyətdə olub-olmadığını söyləmək mümkün deyil, amma bu dəqiqə onun qalanlarından təcrid olunduğunu bilirəm, çünki bu, xüsusi haldır. Axı o, dünya şöhrətli idmançıdır”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, Alveşin ayrı saxlanılması digər məhbuslarla problemim olmaması üçün edilib. Belə ki, həbsxanada kiməsə daha yaxşı münasibət göstərilsə, digərləri bunu dərhal hiss edəcəklər.

Xatırladaq ki, “Barselona”, PSJ və “Yuventus”un sabiq müdafiəçisi gecə klubunun tualetində qadına təcavüz etməkdə şübhəli bilinərək zaminə buraxılmadan həbs edilib. Onu 4 ildən 12 ilə qədər cəza gözləyir.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir