Dünya

Yaponiya parlamentində biabırçılıq: 78 yaşlı palata sədri qadın jurnalistlərə təcavüzdə ittiham edilir

Sharing is caring!

Yaponiya parlamentinin əsas aşağı palatasının sədri və yüksək nüfuzlu siyasətçi, 78 yaşlı Hiroyuki Hosodanın adı qadın jurnalistlərə qarşı təcavüz iddiası ilə bağlı artan qalmaqalda hallanır.

Müxalifət partiyaları dinləmə zamanı iddiaların araşdırılmasını tələb etmək niyyətindədir.

Bundan əvvəl xəbər yayılmışdı ki, Hosoda dəfələrlə parlamentdə akkreditə olunmuş qadın jurnalistləri təqib edərək “sevgilin varmı” deyə soruşub. İddialara görə, o, həm də həmin qadınlara zəng edib və gecə saatlarında onları evinə dəvət edib. Bildirilir ki, o, jurnalistlərdən birini xüsusilə israrla evinə dəvət edib.

Hiroyuki Hosoda isə öz açıqlamasında bu ittihamları qətiyyətlə rədd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir