İdman

“Sumqayıt” İspaniyada oynamış hücumçunu transfer etdi

Sharing is caring!

Mövsümə uğursuz start verən “Sumqayıt” daha bir legioner transferini gerçəkləşdirib.

Sports.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi İsrail “Bney Yehuda”sından Kərim Abubakarı transfer edib.

Qanalı forvard karyerasına ölkəsində “Medeama” klubunda başlayıb.

O, daha sonra İspaniyada – “Leqanes”in gənclər komandasında legioner karyerasına start verib. Kərim Abubakar 8 il İspaniyanın müxtəlif aşağı liqa təmsilçilərində çıxış etdikdən sonra 2 il öncə İsrailin “Hapoel Akre” klubuna keçib. Son klubu “Bney Yehuda” olan mərkəz hücumçusu cinahlarda da oynaya bilir.

Kərim Abubakar Samir Abbasovun baş məşqçisi olduğu kluba azad agent statusu ilə keçib.

“Sumqayıt” yaxın günlərdə qanalı forvardın transferini rəsmən açıqlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir