Cəmiyyət

Şimal bölgəsinin altı kəndinə ilk dəfə təbii qaz xətti çəkilir

Sharing is caring!


SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qubanın ucqar Qırız Dəhnə kəndinin qazlaşdırılmasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra ucqar dağ kəndi ilk dəfə yüksəktəzyiqli təbii qazla təmin olunacaq.

Kəndin qazlaşdırılması üçün polietilen və dəmir borularla 4 min 707 metr uzunluğunda daşıyıcı xətt çəkilib. Hazırda isə müxtəlif diametrli polad borularla birpilləli sistem əsasında ümumi uzunluğu 10 min 332 metr olan məhəllədaxili qaz xətləri çəkilir. Çətin relyefə malik ərazidə yerləşən kənddə qazlaşma işlərinin 30 faizi yekunlaşıb.

“Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, bu ildən Qubanın Cimi kəndinin sakinləri də ilk dəfə mavi yanacaqdan istifadə etmək imkanı qazanıb. Kənddə 200-ə yaxın abonent yüksəktəzyiqli təbii qazla təmin olunub.

Hazırda Qusarın Avaran və Mucuq kəndlərinin də ilk dəfə təbii qazla təmin olunması üçün işlərə başlanılıb. Bu iki kənddə ümumilikdə 648 abonent var.

Bundan başqa, Xaçmaz rayonunda “4-cü şöbə” adlanan yaşayış məntəqəsinin və Ağçay kəndinin qazlaşdırılması işləri də aparılır. İşlər yekunlaşdıqdan sonra iki məntəqədə 240 abonent təbii qazla təmin olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir