Cəmiyyət

Hazırda 979 qaz təchizatı olmayan məntəqə var

Sharing is caring!

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkə üzrə qazla təchiz edilməyən məntəqələrin sayını açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev bildirib ki, işğaldan azad olunan ərazilər daxil olmamaqla, 979 qaz təchizatı ilə təmin edilməyən məntəqə var:

“Həmin yaşayış məntəqəsindən 426-sı meşəətrafı ərazidədir. Elə kəndlər var ki, orada 8, 12 ev var və qaz çəkilməsi üçün 15 kilometrdən çox qaz xətti çəkilməlidir ki, bu da alınmır. Bunun üçün bizim birlik tərəfindən həmin kəndlərə alternativ istilik sistemin çəkilməsi üçün müraciət edilib”.

O bildirib ki, “Dövlət proqramı” çərçivəsində 5 il ərzində 320 yaşayış məntəqəsi qazla təchiz olunacaq:

“Onlardan 235-i meşə ərazilərinə yaxın məntəqələrdir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir