İdman

Mançester derbisində üç qol: “Qırmızı şeytanlar”dan əzmkar qələbə – VİDEO

Sharing is caring!

İngiltərə Premyer Liqasında XVII tur davam edir.

Oxu.Az xəbər verir ki, turun mərkəzi matçında “Mançester Yunayted” “Mançester Siti”ni qəbul edib.

“Old Trafford”da oynanılan qarşılaşmada meydan sahibləri əzmkar qələbə qazanıblar – 2:1.

Hesabı 60-cı dəqiqədə qonaqlardan Cek Qriliş açıb. 78-ci dəqiqədə Brunu Fernandeş tarazlığı bərpa edib. Cəmi 5 dəqiqə sonra isə Markus Reşford görüşdə son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 38-ə çatdıran “Mançester Yunayted” 3-cü pilləyə yüksəlib. 39 xalı olan “Mançester Siti” 2-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 44 xalla “Arsenal” başçılıq edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir