İdman

DÇ-2022: Final və üçüncü yer uğrunda matçların hakim təyinatları açıqlandı – YENİLƏNİB

Sharing is caring!

Qətərdə təşkil olunan dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında keçiriləcək 3-cü yer uğrunda oyunun təyinatları açıqlanıb.

“Report” xəbər verir ki, qarşılaşmanı Qətər Futbol Federasiyasından Əbdülrəhman Əl-Cassim idarə edəcək.

Yan xətt hakimləri Taleb Əl-Mari və Səud Əl-Maqali olacaqlar. Dördüncü hakim funksiyasını braziliyalı Rafael Klaus yerinə yetirəcək.

VAR sisteminə çilili Xuliyo Baskunyan nəzarət edəcək. Onun köməkçisi isə həmyerlisi Bruno Pires olacaq.

Qeyd edək ki, dekabrın 17-də keçiriləcək Xorvatiya – Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

21:33

Qətərdə təşkil olunan dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.

Görüşün VAR hakimi isə Tomaş Kvyatkovski olacaq.

Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina – Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir