İdman

“Barselona”nın keçmiş forvardı Eto’O azarkeşin üzündən vurdu – VİDEO

Sharing is caring!

“Barselona”, “İnter” və Kamerun yığmasının keçmiş forvardı Samuel Eto’O Qətər stadionlarından birinin yaxınlığında azarkeşi vurub.

Hadisə Braziliya və Cənubi Koreya komandaları arasında 1/8 final oyunundan (4:1) sonra baş verib. Eto’O jurnalist olduğu ehtimal edilən fanatlardan birinin üzündən dizi ilə vurub.

Qeyd edək ki, Kamerun yığmasında 118 oyunda 56 qol vuran Eto’O hazırda ölkəsinin futbol federasiyasının prezidentidir. O, turnir başlamazdan əvvəl milli komandasının 2022-ci il dünya çempionatının qalibi olacağına söz vermişdi. Ancaq Kamerun mundialın pley-off mərhələsinə adlaya bilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir