İdman

“Qəbələ”nin futbolçusu: “Milliyə niyə çağırılmamağım özümə də maraqlıdır”

Sharing is caring!

“Milliyə niyə çağırılmamağım özümə də maraqlıdır. Çünki 2-3 ildir “Qəbələ”də stabil oynayıram, əsas heyət üzvüyəm”.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin futbolçusu Murad Musayev Azərbaycan yığmasına çağırılmamasına münasibət bildirərkən deyib.

28 yaşlı müdafiəçi əlavə edib ki, hər bir futbolçu öz ölkəsinin millisində oynamağa can atır:

“Mən də onlardan biriyəm. Amma Canni De Byazinin mənə niyə dəvət göndərmədiyini bilmirəm. Deyə bilər ki, bəyənmirəm və ya oyun planıma uyğun deyil. Əlbəttə ki, yığmanın uğuru hər şeydən önəmlidir. Mən olsam da, olmasam da, millinin qələbəsi hamımızın zəfəridir. Yığmanın qələbələrinə ehtiyacımız çoxdur”.

Musayev italiyalı mütəxəssisdən şans gözlədiyini sözlərinə əlavə edib: “Millidə oynamağa özümü hazır sayıram. Yəqin De Byazi də özümü göstərməyim üçün nə vaxtsa şans verər. Ondan həmişə dəvət gözləyirəm”.

Qeyd edək ki, Murad Musayev bu mövsüm Premyer Liqada “Qəbələ”nin heyətində 16 oyunda iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir