Cəmiyyət

15-19 yaş qrupunda abortların sayı iki dəfəyədək artıb

Sharing is caring!

2021-ci ildə ölkədə 2020-ci illə müqayisədə abortların sayı 34 719-dan 46 877-dək artıb.

APA xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, 30-34 yaş qruplarında abortların sayı çoxluq təşkil edir. 15-19 yaş qrupunda abortların sayı ötən illə müqayisədə təqribən iki dəfəyədək artıb.

Mövcud statistik göstəricilər hamiləliyin süni pozulma səbəblərinin müəyyən edilməsinə imkan vermir. Bu istiqamətdə tədqiqatların aparılmasına ehtiyac var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir