İdman

“Qarabağ” dünya rekordçularına çatıb

Sharing is caring!

Misli Premyer Liqasının XVI turunda “Neftçi” ilə qarşılaşan “Qarabağ” səfərdə darmadağına imza atıb.

Apasport.az saytının məlumatına görə, 4:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri rəqib meydanlarındakı quru seriyasını uzadıb.

Ağdamlılar Premyer Liqadakı son 5 səfər görüşündə qol buraxmayıb. “Qəbələ” (1:0), “Şamaxı” (4:0), “Turan Tovuz” (2:0), “Sabah” (0:0) və “Neftçi” (4:0) ilə görüşlərdə “Qarabağ”ın qapısı toxunulmaz qalıb.

Qurbanovun komandasının qapısına öz meydanında yol tapan sonuncu komanda “Zirə” olub. Sentyabrın 18-dəki matçda 1:7 hesabı ilə uduzan bakılılar Coşqun Diniyevin qolu ilə qonaqları məyus edib. Sonrakı 506 dəqiqədə isə “Qarabağ”ın qapısı tilsimlənib.

Bununla da Azərbaycan çempionu dünya rekordunu təkrarlayıb. “Qarabağ” davam edən analoji seriyalar arasında rekordçulardan biridir. Yüksək liqa təmsilçilərindən “Tirana” Albaniyada, “Linfild” Şimali İrlandiyada ardıcıl 5 səfər matçında qol buraxmayıb.

Qeyd edək ki, “Qarabağ” növbəti səfər görüşünü dekabrın 24-də “Səbail”ə qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir