Kriminal

Azərbaycanda sevgilisindən ayrılan tələbə qız özünü bıçaqladı

Sharing is caring!

Lənkəranda intihara cəhd olub. 

Lent.az xəbər verir ki, hadisə ötən gün Lənkəran şəhərində qeydə alınıb.

Lənkəran Dövlət Universitetin tələbəsi, Hacıqabul rayon sakini, 17 yaşlı R.Ə. kirayədə qaldığı evdə özünü bıçaqlayıb. 

Qarın nahiyəsindən bıçaq xəsarətləri alan tələbə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

İlkin məlumata görə, tələbə qız sevgilisindən ayrıldığı üçün özünü öldürmək istəyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir