İdman

“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

Sharing is caring!

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində növbəti görüşünü keçirib.

“Report”un məlumatına görə, 37 yaşlı qrossmeyster final raundunun V turunda ABŞ-ni təmsil edən Uesli So ilə üz-üzə gəlib.

Məmmədyarov rəqibinə 0:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda niderlandlı Aniş Giri ilə görüşəcək. O, hazırda üç xalla sonuncu – səkkizinci sırada qərarlaşıb.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir