Cəmiyyət

Qəzada xəsarət alan axund xəstəxanada öldü

Sharing is caring!

Lənkəranda yol-nəqliyyat hadisəsində xəsarət alan axund ölüb.

APA-nın verdiyi məlumata görə, hadisə Mamusta kəndi ərazisində baş verib.

Yük motoskileti “Muravey” kənd ərazisində hərəkətdə olarkən piyada – 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub. 

Ə.Hüseynov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir