İdman

“Neftçi” “Zirə”ni darmadağın etdi – VİDEO

Sharing is caring!

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində daha bir oyun keçirilib.

Oxu.Az xəbər verir ki, “Neftçi” səfərdə “Zirə” ilə qarşılaşıb.

Görüş qonaqların darmadağını ilə yekunlaşıb. “Ağ-qaralar” rəqibini 3 cavabsız qolla məğlub edib.

Qolları 6-cı dəqiqədə Yeqor Boqomolski, 76-cı dəqiqədə Qodsvey Donyo, 83-cü dəqiqədə isə Emin Mahmudov vurub.

Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən “Neftçi” 3-cü pillədə yerini bir qədər də möhkəmlədib. “Zirə” isə 19 xalla 4-cü pillədə qalıb.

Bu gün keçirilən ilk oyunda isə “Kəpəz” “Səbail”i darmadağın edib – 3:0.

Qeyd edək ki, açılış oyununda “Turan Tovuz” evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir